Azad edilmiş ərazilərə gizli yolla keçmək istəyən daha 6 nəfər saxlanıldı - SİYAHI

img

15-05-2021 [13:05]


İşğaldan azad edilmiş ərazilərə gizli yolla keçmək istəyən daha 6 nəfər saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, mayın 13-də polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Ağdam rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 6 nəfər saxlanılaraq aidiyyəti üzrə Ağdam RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların rayon sakinlərin Natiq Əsədov, Əli Məmmədov, Elmir Quliyev, Bəylər Məmmədov, Eldar Quliyev və Elgiz Cəfərov olmaları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə N.Əsədov, E.Quliyev və M.Məmmədov 15 gün müddətinə həbs, digərləri barədə isə 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA