İstanbuldan Gəncə və Naxçıvana uçuşlar bərpa edilib

img

15-05-2021 [12:19]


Türkiyənin "Türk Hava Yolları" şirkəti İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa edib.

MİA.AZ xəbər verir ki, "Türk Hava Yolları" şirkətinə məxsus təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan əlaqələri daim genişlənir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizasız şəkildə səyahət edə bilərlər. İstanbul-Gəncə-Naxçıvan reysi Azərbaycan vətəndaşlarının Türkiyəyə, Türkiyədən də dünyaya çıxışını təmin edəcək.

Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA