Bakıda restoranda partlayış oldu - 4 nəfər yaralı var

img

14-05-2021 [17:30]


Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər (restoran işçisi) yanıq xəsarətləri alıb.

Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA