Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-05-2021 [00:07]
Qoç - İşiniz üçün faydalı ola biləcək informasiya və ya məlumat axtarmağa başlayın. Məsləhətləşmə, toplantı, yazışma, işgüzar tərəfdaşla görüş üçün əlverişli zamandır. Xəbərlər arasında sizi narahat, nigaran edəcək məqam ola bilər.
Bəzi planlardan imtina edərək ehtiyat variantı reallaşdırmağa başlayın.
Səfər və səyahət, dostlarla görüş üçün əlverişli vaxtdır.
Gərgin situasiyalarda sözdən işə keçin, nigarançılığı dağıdın, suallarınıza birmənalı cavab alın.
Müəyyən illüziyalardan qurtulmağınız istisna deyil. Yeni məqsədlər tapın.
Buğa - Çətin, mürəkkəb, gərgin gündür. Lakin bütün diqqətinizi işə yönəldərək boş söhbətlərə və dedi-qodulara vaxt ayırmasınız, yaxşı nəticələrə nail ola bilərsiniz.
İntrovert olmayın, fikirləriniz bitkin forma alsın, gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, problemləri həll etməyə çalışın, yazışmalarda diqqətli olun.
Uzaqda yaşayan insanlardan biri sizə sürpriz xəbər yollaya bilər.
Ev işləri, ailə tədbirləri, alış-veriş üçün xeyirli vaxtdır. Lakin bədxərc olmayın.
Əkizlər - Təlimata, qaydaya və düzənə riayət edin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə müəyyən ağırlığa rəğmən, hadisələrdən tam narazı qalmayın.
İndi situasiyada müsbət dəyişikliklər etmək imkanı var. Günün maraqlarını nəzərə alın. Eyni zamanda perspektivi unutmayın, danışıqlar aparın, faydalı ola biləcək detalları unutmayın.
Rəhbərliklə önəmli söhbət olmalıdırsa, qətiyyətli olun, maraqlarınızı qoruyun. Səfər, birgə fəaliyyət, məlumatın təhlili, tədbirlərə hazırlıq baxımından əlverişli gündür.
Tərəf-müqabillik münasibətləri çərçivəsində qarşılıqlı fəaliyyətin çərçivələrini genişləndirməyin yollarını düşünmək olar.
Xərçəng - Yaşamınızda yeni intriqa peyda olur, gərginlik artır. Bütün ziddiyyətlərin sülh yolu ilə həll olunacağını düşünməyin. Sizi mübahisə və qəfil problemin aradan qaldırılmasına yönəlmiş təcili iş gözləyir.
Əks tərəfdəki şəxs sizə qalib gəlmək üçün yasaq metod və çirkin fəndlərdən istifadə edə bilər. Çətin olsa da, səbrli və soyuqqanlı davranın, müdrik olun.
Təsir edə bilmədiyiniz şərtlərin təfərrüatları bəlli olacaq. Çətin situasiyada güzəştə getməkdə qəbahət yoxdur. Qalmaqala meylli insanlardan uzaqda durun.
Tək çalışmağınız məsləhətdir. Pozitiv dəyişikliklər tərəfdaşlar, onların ideyaları və təşəbbüsləri ilə bağlı ola bilər.
Onların qərarları ilk əvvəldən əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin.
Şir - Bəzi emosiyalarınızı pərdələyin, rasional davranın. Yaxın ətrafınızdakı insanları müşahidə edin. Tərəfdaş və ya həmkarınızın maraqları, problemlərini düşünsəniz, yaxşıdır.
İnandığınız insanın təşəbbüsünü qəbul edərək hadisələrin axın məcrasına müdaxilə etməyin. Təkliflər və yeni imkanları nəzərdən keçirməyə dəyər.
Münasibətlər etibarlı deyilsə, istənilən xırdalıq səbr kasasını dolduracaq son damla təsiri bağışlaya bilər. Etibarlı və dayanıqlı müstəvi aradığınız yerdə xəyanətlə qarşılaşa bilərsiniz.
Şəxsi və maddi maraqlarınıza bilavasitə təsir etməyəcək işlərlə məşğul olsanız, daha yaxşıdır.
Qız - Yaxın ətrafınızdakı insanların maraqlarına və mənafelərinə sayğı ilə yanaşın. Aqressiv və kobud davranmayın. Münaqişə yaranarsa, onu dərhal həll etməyə çalışın.
Kollektiv fəaliyyətə üstünlük verin. Yaradıcılıq və romantik hisslər müstəvisində irəliləyiş ola bilər. İş yerində qayda yaradın. İşlərinizin çox olması sizdə stres yaratmasın.
Nevroz situsiya bəzi işlərin yarımçıq qalmasına səbəb ola bilər. Yüksək enerji dalğasında müəyyən işi çox sürətlə görərək başa vurmaq, həmin işə tərəfdaşı da cəlb etmək imkanı var.
İstənilən situasiya və şərtdən maksimum fayda əldə etməyin yollarını düşünün.
Tərəzi - Yaxın ətrafınızdakı insanların hər biri öz "zirvə"sini fəth etməyə çalışdığı vaxtda siz işlərinizi aramla, təmkinlə, düşünülmüş şəkildə görün.
Tələsməyin, emosional olmayın. Bəzi gecikmələr və qarışıqlığa rəğmən, işgüzar və digər maraqların sizi yaxınlaşdırdığı insnalarla təmaslar ilginc olacaq.
Romantik münasibətlərdə bu gün məntiq az, iddialar və tələblər çox olacaq. Gərgin anda ehtiyatlı və soyuqqanlı olun, münasibətləri aydınlaşdırmağa çalışmayın.
Hisslərinizi özünüz gərə bilərsiniz. Amma təmkinli davransanız, bu gün baş verənlər sabah sizə pis yuxu kimi gələcək. Müdrik davranış yaxşı nəticələr verəcək.
Axşam saatlarını ev işlərinə, çətin problemin çözülməsinin başa çatdırılmasına sərf edin.
Əyləncə və istirahəti təxirə salmaq olar.
Əqrəb - Səhər saatlarından etibarən çoxsaylı xəbərlər və təmaslar olacaq. Dərindən həllini tələb edən situasiya yaranarsa, həmin müstəvidə nizama və qaydaya nail olun.
Hadisələr istiqamətini və emosional fonunu dəyişsə də, mühüm işlərin siyahısı dəyişməz qalır.
Axşam saatlarında önəmli xəbər alacaqsınız. O xəbər sizi yeni informasiya aramağa vadar edəcək.
İşdəki perspektivləriniz, maddi durumunuz barədə düşünün. Hətta ən cazibədar təklifə müsbət cavab verməyə tələsməyin.
Axşam saatlarında yaşam arealınızı bir qədər genişləndirin, maraqlı yerdə istirahət etməyə çalışın.
Oxatan - qəfil hadisələrə hazır olun. Yeniliklər yaşanacaq. Qətiyyətli və əzmli davranın, problem yaranarsa, onu dərhal çözməyə başlayın.
Bütün işləri ideal görməyə çalışmayın. Başladığınız işi səliqəli görün və səhih nəticəyə nail olun.
Prosesin özündən həzz alın. Çalışarkən başqalarının çoxsaylı məsləhətlərinə qulaq asın, amma optimal hesab etdiyiniz variantdan kənara çıxmayın.
Axşam saatlarında istirahət edin. İnternetdə vaxt keçirmək, yazışmaq olar. Yeni filmə də baxa bilərsiniz.
Oğlaq - Hadisələr aktiv formalaşma mərhələsindədir. Kənarda qalaraq müşahidəçi mövqeyi tutmayın, konkret nəticələrə can atın.
İşdə diqqətli olun, təlimatlara və intizama riayət edin.
Günün ikinci yarısına yaxın şərtlər planları dəyişə bilər. Dəyişikliklər və yeniliklər fonunda özünüz üçün optimal perspektivi müəyyənləşdirin.
Sabah başlayacağınız işə indidən hazırlıq görün. Heç bir önəmli məqamı buraxmayın, mövqelərinizi gücləndirin.
Şəxsi münasibətlər müstəvisində qayğı, həssaslıq və diqqət tələb olunur.
Hisslərdə gərginlik hiss olunursa, münasibətləri ayırd etməyə can atmayın. Bu, münaqişəyə səbəb olacaq.
Dolça - Gərgin gündr. Diqqətli olun, maraqlarınızı müdafiə edin, mənafelərinizi qoruyun. İşlərinizə və yaşamınıza müdaxilə cəhdləri olacaq.
Kreativ bacarığınız yüksək səviyyədə olsun. Hərəkət və qərarlarınız təmkinli, dəqiq olsun. Sürəkli gərginlik mürəkkəb situasiyalarda enerji itkisinə səbəb ola bilər.
Ehtiyac olmadan risk etməyin. Situasiyanı dərhal normallaşdırmaq gərəkdirsə, yaxınlarınızı və dostlarınızı, yaxud da ailə üzvlərinizi yardıma çağırın.
Xeyli vaxtdan bəri reallaşdırmağa hazırlaşdığınız layihəni indi gerçəkləşdirməyə başlayın. Unutmayın ki, köməkçiyə ehtiyacınız var.
Mexanizm və avadanlıqla çalışanda, yolda, sükan arxasında ehtiyatlı olun.
Münaqişəli vəziyyətdə ətrafdakı insanların maraqlarını qulaqardına vurmayın.
Balıqlar - Planlar çoxdur, lakin görüləcək işlərin həcmini və tapşırıqlarla tələblərin sayını müəyyənləşdirmək gərəkdir.
Ən mühüm işlə kifayətlənin. Fikriniz dağılmasın, bir işi yarımçıq qoyub, başqa işə başlamayın. Tərəfdaşlarınız da fəaliyyət sahəsini genişləndirməkdə qərarlıdırlar.
İşin böyük hissəsini onların görməsinə imkan yaradın. Dəstək verin, amma özünüzü çox yormayın.
Günün ikinci yarısında işlərin çox olması yorğunluq, halsızlıq, iş qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Əlavə işə başlasınız, yaxın günlərdə həddən artıq yorğun dolaşacaqsınız. İş yerində və fikirlərinizdə qayda yaradın.
Yeni mövzuya impuls verilə bilər. Amma hələlik hər şey ideya səviyyəsindədir. O ideyanın formalaşmasını gözləyin, tələsməyin.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır