Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı

img

12-05-2021 [19:49]


Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.

Mia.az-ın məlumatına görə, "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri - Biləsuvar rayon sakini, 1963-cü il təvəllüdlü Təranə Tofiq qızı İmanova, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Səxavət Əliş oğlu İmanov və oğlu, 1983-cü il təvəllüdlü Elməddin Səxavət oğlu İmanov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtomobildə olan digər 2 nəfər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA