Azərbaycanda dini konfessiya rəhbərlərinin Məşvərət Şurası təsis olunub
11-05-2021 [14:24]
Mayın 10-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin iştirak etdiyi yığıncağın gündəliyinə Məşvərət Şurasının təsis edilməsi; Məşvərət Şurasının üzvlərinin təsdiqi və Sədrinin seçilməsi; Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurasının Əsasnaməsinin təsdiq edilməsi məsələləri daxil olub.
Təsis yığıncağının iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə müraciət edərək bildirib ki, Azərbaycandakı multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərə göstərilən diqqət, qabaqcıl və müasir beynəlxalq standartlara cavab verən din-dövlət münasibətləri ölkəmizdə mövcud olan dini konfessiyaların aralarındakı əlaqələrin xarakterinə də ciddi təsir edib: “Belə ki, bu konfessiyaların qurumları və rəhbərləri uzun illərdir ki, öz aralarında işgüzar və səmimi münasibətlər yaradaraq bütövlükdə ölkəmiz üçün, dini ictimaiyyətimiz üçün əhəmiyyət kəsb edən taleyüklü məsələlərin həllində birgə fəaliyyət göstərir, əksər hallarda eyni, yaxud oxşar mövqe nümayiş etdirirlər. Təcrübə göstərir ki, bu cür fəaliyyəti konfessiyalarımızda birləşən dindarlar da ürəkdən bəyənir və dəstəkləyirlər. Bizim fikrimizcə, belə əməkdaşlığımızın müəyyən təşkilati format çərçivəsində davam etdirilməsi daha səmərəli nəticə verə bilərdi. Biz belə hesab edirik ki, birgə fəaliyyətimizin daha mütəşəkkil və daha dayanıqlı davam etdirilməsi və daha səmərəli nəticələr əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası adlı qurumun təsis edilməsi yerinə düşərdi”.
Çıxış edən dini konfessiya rəhbərləri də Məşvərət Şurasının yaradılmasının dinlərarası və din-dövlət münasibətlərinin təkmilləşdirilməsində vacib rol oynaya biləcəyini qeyd etdilər. Yığıncaq yekdilliklə qərara aldı ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası yaradılsın.
Şeyxülislam Allahşükür Paşazadə məlumat verib ki, təsis yığıncağında iştirak edən şəxslər ölkəmizdəki əsas dini konfessiyaların rəhbərləridir və onların öz konfessiyalarını ölkə səviyyəsində etibarnaməsiz təmsil etmək hüquqları var. Həmin şəxslərin Məşvərət Şurasına üzv seçilmələri mövcud praktikaya və Məşvərət Şurasının hazırlanmış əsasnamə layihəsinin göstərişlərinə zidd olmazdı.
Müzakirə və çıxışlardan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər.
Müəyyən edilib ki, Məşvərət Şurasının tərkibi açıqdır və Məşvərət Şurasının Əsasnaməsini qəbul edən Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların da müəyyən edilmiş qaydada həmin Məşvərət Şurasına daxil olmaq üçün müraciətlərinə baxıla bilər.
Yekdilliklə qərar qəbul edilib ki, Məşvərət Şurasının sədri vəzifəsinə Şeyxülislam Qafqaz Müsəlmanları İdarəsinin Sədri Allahşükür Paşazadə seçilsin. Məşvərət Şurasının sədri Allahşükür Paşazadənin məlumatı dinlənilib və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının Əsasnaməsinin layihəsi təkliflər nəzərə alınmaqla təsdiq edilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır