İcra başçısının biznesinə ağır zərbə: "Volkswagen Bakı Mərkəzi" fəaliyyətini dayandırıb

img

08-05-2021 [14:09]


“Euro Style LTD” MMC-nin nəzdində olan "Volkswagen Bakı Mərkəzi" fəaliyyətini dayandırıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, buna səbəb Almaniyanın "Volkswagen" şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satması olub.

Qeyd edək ki, Volkswagen Bakı Mərkəzi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məxsusdur. Adıçəkilən şirkəti icra başçısının oğlu Ənvər Vəliyev idarə edirdi.

Xatırladaq ki, bir müddət öncə Volkswagen Bakı Mərkəzi təmsil etdiyi şirkəti beynəlxalq məhkəməyə vermişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA