Bələdiyyə sədrinin bacısı oğlu qazini döyüb

img

08-05-2021 [13:54]


Beyləqanda Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Brədə regional qrupundan Mia.az-a bildirilib ki,qazinin döyülməsi ilə bağlı Beyləqan rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təhqiqat Bölməsində araşdırmalara başlanılıb və ekspertiza təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq Teymur Kərimovu döyən şəxsin Vüsal Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) ilə qərar qəbul edilərək baxılması üçün müvafiq quruma göndərilib.

Qeyd edək ki, qazi T.Kərimovu döyən Vüsal Abdullayev Beyləqan rayonu İmamverdili kənd bələdiyyəsi sədrinin bacısı oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA