Mətbuat katibi: "Tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq"

img

08-05-2021 [11:38]


2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.

Mia.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq: “Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA