Qabil Hüseynli: “Rəşad Atakişiyevə şəhid statusunun verilməsini çoxdan gözləyirdik”

img

07-05-2021 [12:36]


“Rəşad Atakişiyevə şəhid statusunun verilməsini çoxdan gözləyirdik”.

Bunu Azvision.az –a açıqlamasında polkovnik-leytenant, mərhum pilot Rəşad Atakişiyevin qaynatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə döyüş təlimi zamanı qəza nəticəsində həyatını itirən pilota şəhidlik statusunun verilməsi mütləq idi.

“Ona şəhidlik statusunun veriləcəyini gözləyirdik. İnanırdıq ki, Rəşad nə vaxtsa şəhid statusu alacaq. Qəza ilə bağlı təhqiqatlar aparılırdı və bu istiqamətdə işlər gedirdi. Gecə baş tutan döyüş təlimi zamanı qəza baş vermişdi. Rəşad təlimdə tapşırığı yerinə yetirən zaman şəhid olmuşdu. Yəni onların keçirdiyi hərbi təlimlər döyüş şəraitinə bərabər tutulur”.

Qeyd edək ki, bu günlərdə Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Xatırladaq ki, 2019-cu ilin iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev şəhid olub.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA