“QƏDR GECƏSİ”NİN DƏQİQ ZAMANINI BİLMƏK NİYƏ MÜMKÜN DEYİL?
06-05-2021 [16:00]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
***
“Qədr gecəsi” haqqında çox yazılıb. Ancaq nə qədər yazılsa belə, yenə “Qədr gecəsi”nin keyfiyyəti topluma aydın ola bilmir.
Bəs islamda “Qədr gecəsi”nin yeri necədir?
Bunun üçün öncə “Qədr gecəsi” haqqında ciddi bilgi ilə zəngin olan mübarək kitabımız “Qurani-Kərim”ə müraciət etmək lazımdır. Kitaba görə, “Qurani-Kərim” Ramazan ayında göydən enib və eyni ayda tamamlanıb. Bu barədə “Qurani-Kərim”in “Bəqərə” (“İnək”) surəsinin 185-ci ayətində oxuyuruq:
زِلَ أُن الَّذِيَ رَمَضَانَ شَهْرُ (O ki, (Quran Ramadan ayında endirildi).
Təbiidir ki, biz ayədən kontekstə uyğun bir hissəni və onun tərcüməsini göstərdik.
Z. Bünyadov, V. Məmmədəliyev ayənin bu qismini bu şəkildə tərcümə etmişlər: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”.
Əlbəttə, tərcümə burada geniş izahlarla verilsə də, tərcüməçilik qaydalarına uyğun olaraq, fikri daha yaxşı çatdırmaq baxımından yolveriləndir.
“Qədr gecəsi” də elə Ramazan ayında göydən enib və “Qurani-Kərim”in ilk ayəsinin “Qədr gecəsi”ndə nazil olması barədə bilgi vardır. Gördüyümüz kimi, “Qədr” surəsində deyilir: “İnna ənzəlnəhu fi ləylətil-Kədr” (“Onu Qədr gecəsində nazil etdik”).
Surə tam olaraq belədir.
“Qədr” (“Kədr”) surəsinin ərəbcə oxunuşunu təsadüfi olaraq təqdim etmirik. Burada məqsədimiz budur ki, sözü əslinə uyğun diqqətə çatdıraq ki, mənaya uyğun olsun. Öncə onu da bildirək ki, “Qədr gecəsi” kimi deyil, “Kədr gecəsi” kimi oxunuşu düzgündür. Çünki ərəbcədə “qaf” “q” səsi yox, “k” səsi ilə oxunur.
Bu, eyni zamanda bizə onu göstərir ki, “Qurani-Kərim”i görmədən onu düzgün oxumaq olmur və bu da müəyyən təhriflərə səbəb olur.
Surənin oxunuşu belədir:
“1. İnna ənzəlnahu fi ləylətil kədr.
2. Və ma ədrakə ma ləylətul kədr.
3. Ləylətul-kədri xəyrun min əlfişəhr.
4. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min-kulli əmr.
5. Səlamun hiyəhətta mətləil fəcr.”
“Rəhman və Rəhim Allahın ismiylə.
1. Biz onu Qədr gecəsində nazil etdik.
2. Qədr gecəsinin nə olduğunu necə idrak edə bilərsən?
3. Qədr gecəsi min aydan xeyirlidir.
4. Mələklər və Ruh o gecə Rəbbinin izniylə hər əmri yerinə yetirmək üçün enərlər.
5. Dan yeri sökülənə qədər səlamətlik olar”.
Məlumdur ki, “Qədr gecəsi”nin müəyyən günlərə düşməsi barədə bilgilər mövcuddur. Ancaq bizim şəxsi qənaətimizə görə, “Qədr gecəsi”ni bilmək mümkün deyil. Çünki Uca Allah bu mübarək günü Ramazan ayı içində gizləmişdir.
Bu kiçik surədə çox ciddi məqamlar vardır ki, bir çox məsələni şübhə altına ala bilər.
Birincisi, deyilir ki, “Qədr gecəsi” min aydan xeyirlidir. Əgər burada min ay müddəti konkret zamanı ifadə edirsə, başqa bir rəmz deyilsə, o zaman on iki ay ilə götürüldükdə, 80-ildən (konkret 83 il) yuxarıdır. Bu da bir insanın qoca ömrünü ifadə edir. Təsəvvür edin ki, bir gün “Qədr gecəsi”ndə oruc tutan adam 80 il yaşantısını xeyirli etmiş olur. Bu günün İnsanı bundan artıq yaşamaq imkanında da deyil. Əgər on yeddi yaşından cəmi bircə gün -həmin gündə oruc tutsa, yaxud namaz qılsa, o, artıq 100 yaşına qədər qurtulmuş olur. Təbii ki, riyakarlar və münafiqlər bu fürsətdən o saat isifadə edərlər.
Ancaq Uca Allah ibadəti ibadət içində gizlədiyi üçün bundan istifadə etmək mümkün deyil.
Bu gizlilik ərkanı yalnız “Qədr gecəsi” ilə bağlı deyil. İslamda müəyyən ibadətlər vardır ki, bir-biri içində gizlidir. Uca Allah ibadəti tam etməyi və bu yüksək məqama zəhmətlə yetişməyi münasib bilir. Misal üçün, “Əsmail-Hüsna” (Uca Allahın Gözəl İsimləri) içində Uca Allahın çox əzəmətli adlarından biri olan İsmi-Əzəm (Əzəmətli AD) gizlidir. Aydındır ki, Uca Allahın “Əsmail-Hüsna”sı “Qurani-Kərim”dən alınmışdır. Bu baxımdan, böyük ehtimalla, bu ad da bu İsimlər içində gizldir.
Həzrəti peyğəmbərimizin müəyyən hədislərində çox heyrətamiz bilgiər vardır. Bunlardan biri belədir:
“Sevgili peyğamberimiz hadisi-şeriflerinde Hz. Ayşe validemize şöyle buyurdu:
– Ya Ayşe! Biliyormusun? Allah, bana kendisiyle dua edildiği zaman, duamn kabul edile bileceği bir isim ögretti (O İsmi-Azamdır).
Hz. Ayşe Validemiz:
– Annam, babam sene feda olsun Ya Resulallah, onu bana ögretirmisin? – dedi.
Resulü-Ekrem:
– Onu sana söylemek olmaz, ya Ayşe! – buyurdu”.
(Yusif Tavaslı. Müslüman ailenin tam dua kitabı. İstanbul, 1981, s 487)
Bu mənbədə göstərilən başqa bir hədisi-şərifdə Həzrəti peyğəmbər İsmi-Əzəm haqqında açıqlama verir:
“Sevgili Peyqamberimiz İsmi-Azam hakkında şöyle buyuruyor. Cenabı Hakkın Ismi-Azamı (en büyük İsmi) o mübarek İsimdir ki, onunla (o İsmi-Azamla) dua edilince dua Cenabı Hakk tarafindan kabul edilir. O İsmi-Azam ile Cenabı Haktan bir dilek dilenince (bir şey istenince) Cenabı Hakk hemen verir” ( s 488).
Göründüyü kimi, bu Uca Adın gizli olduğu, bu yolda xüsusi əziyyət çəkib, məqam qazanmayan şəxslərə bildirilməyəcəyi aydın olur. O, hətta Həzrəti peyğəmbərimizin (SƏS) çox sevdiyi xanımı olsa belə…
Böyük ədəbi abidəmiz “Kitabi-Dədə Qorqud”da bu İsmin xüsusi qüvvəsi öz səciyyəsini tapıb: “Dəli Qarçar qılıcın əlinə aldı. Yuqarısından öygə ilə həmlə qıldı. Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala. Dədə Qorqut ayıtdı: “Çalırsan əlün qurısun!” – dedi. Həqq təalanın əmrilə Dəli Qarçarın əli yuqarıda asılu qaldı. Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı” (“Kitabi-Dədə Qorqud”. – Bakı, 1988. – s.56).
Göründüyü kimi, Allahu-Təalanın İsmi-Əzəmini hər kəs bilməsə də, 99 adını oxumaqla onun içində bu Möhtəşəm Adı da oxuyuruq. Elə bu qayda ilə bir ay oruc tutanlar “Qədr gecəsi”ndə də oruc tutub, böyük savab qazanıb, 80-ildən yuxarı ömürlərini xeyirli edə bilirlər. Hələ təsəvvür edin ki, hər il oruc tutanlar neçə min il gələcəyin savabını və xeyrini qazanmış olurlar. Bu baxımdan biz, “Qədr gecəsi”nin hansı gecə olduğunun bəlli olmasını mümkün hesab etmirik. Elə bu Gecənin məram və məqsədinin quruluşu baxımdan da bəlli bir gün kimi məlum olması, açıq-aydın görünür ki, imkansızdır.
Biz diqqəti başqa bir istiqamətə də yönəltmək istəyirik. Uca Allah surənin son ayəsində bildirir ki, “Səlamun hiyəhətta mətləil fəcr” (“O gecə sübhə qələr səlamətlik olar”).
Əgər biz, “Qədr gecəsi”ni konkret bir gün kimi qəbul etsək, o gecə hər hansısa bir salamatlıq olmazsa, o zaman ayə doğru yerini almış olmaz.
Beləliklə, qeyd etdiyimiz səbəblərdən biz, “Qədr gecəsi”nin bəlli olmadığını, ancaq Ramazan ayının içindəki günlərdən biri olduğunu və Ramazan orucu tutanların o gecədən xeyir qazandığını qəbul edirik.
MİA.AZ
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"