Güclü külək nə vaxta qədər davam edəcək? - Açıqlama

img

05-05-2021 [13:34]


"Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək: “Küləyin maksimal sürəti arabir 30-35 metr/saniyəyə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Səhər mülayim cənub küləyi ilə əvəz olunacaq". 

G. Məmmədova qeyd edib ki, bölgələrdə gün ərzində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək: "Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayın 6-sı səhər saatlarından yağıntının tədricən azalacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA