“Azərkosmos”un daha bir vəzifəli şəxsi rabitə sektorunda yüksək posta gətirildi

img

05-05-2021 [10:44]


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.

Mia.az Report-a istinadla xəbər verir ki, Şahin Babayev Nazirliyin Maliyyə və hesabatlıq şöbəsinin müdiri təyin edilib.

Bu təyinata qədər Ş.Babayev “Azərkosmos” ASC-nin Maliyyə departamentinin mühasibat və hesabatlılıq qrupunun rəhbəri olub.

Qeyd edək ki, fevral ayının əvvəlində nazir Rəşad Nəbiyevin əmri ilə Nazirliyin Maliyyə və hesabatlıq şöbəsinin keçmiş müdiri Gülru Hüseynova tutduğu vəzifədən azad edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA