Direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə imtahan keçirilib

img

03-05-2021 [17:18]


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə test imtahanları keçirilib.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, iki seansdan ibarət olan mərhələdə 155 namizəd 90 dəqiqə ərzində təhsil, peşə və əmək qanunvericiliyi, həmçinin idarəetmə və məntiq üzrə 60 sualı cavablandırıblar. Namizədlər imtahan sonunda test nəticələri ilə tanış olmaq imkanı da əldə ediblər.

Nəticələrin cari həftənin sonunadək elan edilməsi nəzərdə tutulur. Nəticələr həm müraciətçilərin şəxsi kabinetlərində yer alacaq, həm də SMS bildiriş vasitəsilə qeydiyyat nömrələrinə göndəriləcək.  

Qeyd edək ki, II mərhələyə qatılan iştirakçılardan 76 nəfəri kişi, 79 nəfəri qadın olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA