Bakıda yaşayış binasından 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb, vəziyyəti ağırdır

img

02-05-2021 [15:54]


Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2004-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA