Həkim: "Koronavirusun yeni ştammlarında yoluxuculuq 28 günə qədər davam edir"

img

30-04-2021 [15:39]


“Koronavirusun əvvəlki ştammında yoluxuculuğu 7-12 gün olurdu”.

Bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

 O bildirib ki, yeni ştammlarda isə bu müddət uzanıb: “Britaniya ştammı və son vaxtlar aşkarlanan digər ştammlarda yoluxuculuq 28 günə qədər davam edir. Yeni ştamma yoluxan çox xəstələrdə 24-28 gündə yaxma götürüləndə pozitiv çıxır. Tövsiyə edərdim ki, həmin şəxslər 28 gündə heç kimlə kontaktda olmasınlar. Yəni həmin şəxslər digərlərini yoluxdura bilərlər”.

Həkim qeyd edib ki, COVID-ə yoluxub evdə müalicə olunan xəstələrdə hərarət davamlı yüksəlirsə, 38 və daha çox temperatur olursa, düşmürsə, bu zaman həkimə müraciət etmək lazımdır: “Bu zaman demək ki, iltihab var. Öskürək başlayıbsa, əsasən də quru, boğucu öskürəkdirsə, COVID-in ağciyərləri zədələməsi ilə bağlıdır. Əgər evdə saturasiyanı ölçə bilirsizsə və saturasiya 93-dən aşağı düşürsə, siz bu zaman da həkimə müraciət etməlisiz”.

Həkim bildirib ki, bu əlamətlər olanda müalicəni xəstəxanada davam etdirmək lazımdır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA