Vəkil: "Alimpaşa Məmmədovun oğlu da məsuliyyətə cəlb oluna bilər"

img

29-04-2021 [15:07]


DTX tərəfindən keçirilmiş əməliyyat nəticəsində saxlanılmış və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə də məsuliyyətə cəlb oluna bilər.

Mia.az xəbər verir ki, bunu Trendə açıqlamasında vəkil-hüquqşünas Xəyal Bəşirov bildirib.

Vəkil bildirib ki, sabiq icra başçısı A.Məmmədov külli miqdarda dövlət əmlakını mənimsəməkdə, korrupsiyada, vəzifə səlahiyyətlərini aşaraq digər qanunsuz əməllər törətməkdə təqsirli bilinir:

“Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi – belə desək simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb. Əgər Adil Adilzadənin hüquqazidd əməllərin törədilməsində şəxsən iştirak etməsi, hər hansı sənədləşmədə imza atması və ya digər qanunsuz hərəkətlər aşkarlanaraq sübuta yetirilsə, əlbəttə ki, o da məsuliyyətə cəlb olunacaq. Bütün bu məsələlər istintaqın gedişində məlum olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA