I siniflərə şagird qəbulu başlayıb

img

29-04-2021 [09:35]


Bu gündən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır.

Mia.az xəbər verir ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul, qeydiyyat prosesinin həyata keçirilməsi barədə əlavə məlumatı Təhsil Nazirliyinin rəsmi saytında təqdim olunan sual-cavab faylından, həmçinin videotəlimatdan əldə etmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA