Hökumət gömrük rüsumu ilə bağlı yeni qərar verdi - Dəyişiklik

img

28-04-2021 [19:23]


Nazirlər Kabineti Azərbaycana ixrac edilən bəzi məhsulların gömrük rüsumlarına dəyişiklik edib.

Mia.az xəbər verir ki, bu barədə Baş nazirin imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında deyilir.

Qərara görə, pikelləşdirilmiş qoyun və quzu gönlərinin hər 1000 kq üçün ixrac rüsumu 500 ABŞ dollarından 150 ABŞ dollarına salınıb.

Bundan əlavə, Baş nazir nəm halda olan qoyun və quzu gönlərinin hər tonu üzrə ixrac rüsumunu 150 dollardan 50 dollara qədər endirib.

Qərar mayın 28-də qüvvəyə minəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA