"Prezident bir daha Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlığını etdi" - Vüqar Rəhimzadə
28-04-2021 [17:54]
«44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə öz sahiblərinə qovuşan torpaqlarımız bu gün sevincli günlərini yaşayır. Artıq 30 ilə yaxın dövrdə bu ərazilərdə ermənilərin dağıntılarını, vəhşiliklərini yenidənqurma və bərpa işləri əvəzləyir. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfərləri də bir sıra obyektlərin təməlinin qoyulması ilə yadda qaldı. Torpaqlarımızda başlanan yeni həyat 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Böyük Qayıdışının tezliklə gerçəkləşəcəyinə inamı daha da artırır. Zəngilanda birinci «Ağıllı kənd» layihəsinin təməlinin qoyulmasını Böyük Qayıdışın məhz bu gün başlanması kimi dəyərləndirən Prezident İlham Əliyev bütün kəndlərin, yaşayış məntəqələrinin bərpa olunacağını bildirdi. Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyuldu. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Zəngilanda, həmçinin beynəlxalq hava limanının təməli qoyuldu. Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Bu hava limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Birinci beynəlxalq hava limanının inşası Füzuli rayonu ərazisində uğurla davam etdirilir. Qeyd edək ki, Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağının bu il istismara verilməsi nəzərdə tutulur.»
Mia.az xəbər verir ki, bu sözləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V. Rəhimzadə bildirib ki, yenidənqurma və bərpa işlərində əsas istiqamətlərdən biri dini və tarixi abidələrimizin bərpasıdır. Ermənilər bu abidələrimizi yerlə-yeksan etməklə tariximizi silməyə, onları özününküləşdirməyə səy göstərmişdilər. Amma zaman göstərdi ki, bu dağıntılar tarixi silmək iqtidarında deyil. Dost ölkələrin şirkətləri bu prosesə də cəlb edilib. Artıq Zəngilan məscidinin bərpasına başlanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirmişdir. Həmçinin binanın bərpası, o cümlədən, bu ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflər və layihə hazırlanıb.
Diqqəti Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bəyanatlara yönəldən V.Rəhimzadə bir daha Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi şücaətdən, qəhrəmanlıqdan bəhs edib: «Rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində bir an belə geri çəkilmədi. 44 günün hər günü tariximizə Zəfər günü kimi yazıldı. Ermənistan silahlı qüvvələri ordumuzun gücünün, qüdrətinin qarşısında geri çəkildi, hərbi texnikalarını, silah sursatı qoyub qaçdılar. Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan ordusunun məhv etdiyi və qənimət kimi götürdüyü texnikalar ziyarətçilərə təqdim olunur. Bu park, ümumilikdə, Azərbaycan Ordusunun hansı çətinliklər, qəhrəmanlıqlar sayəsində torpaqlarımızı işğaldan azad etdiklərinin təqdimatıdır. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilmədilər. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açdı. Hazırda müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Sərhədçilərimiz işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib.»
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə elə bir dərs verib ki, tarix boyu yaddan çıxarmaq imkanında deyillər» söyləyən V.Rəhimzadə bu məqamı da xüsusi vurğulayıb ki, əfsuslar olsun Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də ölkəmizə qarşı ittihamlarla çıxış edərək, ərazi iddiası irəli sürürlər: «Ölkə Prezidenti İlham Əliyev Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq edir ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. O da vurğulandı ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək.»
Baş redaktor daha sonra vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da Vətən müharibəsinin qarşıdakı dövr üçün perspektivləri geniş müzakirə olunur: "İkinci Qarabağ müharibəsi texnoloji inkişaf baxımından bir yenilik kimi dəyərləndirilir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi də öyrənilir və təqdir edilir. Ermənistana havadarlıq edən dövlətlər ikili siyasətlərinə son qoyub 44 günün dərsindən nəticə çıxarsalar Azərbaycanın yaratdığı yeni əməkdaşlıq mühitindən bəhrələnər, regionda və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə və daimi olmasına dəstək olarlar".
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)