Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüsünü yayan tibbi bacısı cəzalandırıldı - VİDEO

img

27-04-2021 [23:23]


Sosial şəbəkələrdə və KİV-də "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.

Bununla bağlı "Yeni klinika"dan bildirilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya şöbəsinə mobil telefonla giriş qadağandır.

"Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib", - deyə "Yeni Klinika"dan bildirilib/Report.

***

Sosial şəbəkələrdə koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüsü yayılıb.

Görüntülərdə süni tənəffüs aparatına qoşulan sənətçinin həkim və tibb bacılarının əhatəsində olduğu əks olunub.

Qeyd edək ki, ötən gün aktyorun oğlu Rövşən atasının səhhətinin ağırlaşdığını, ağ ciyərinin 99 faiz buzlaşdığını bildirmişdi/Axsam.az.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA