Azərbaycana daha 5 milyon doza vaksin gətiriləcək

img

27-04-2021 [13:12]


"Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur".

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Biz hər birimiz inanların vaksinasiyaya cəlb olunması istiqamətində maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda 40 yaşından aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA