"Azəriqaz"ın 4 xidməti idarəsi bir məkana toplanıb, adicə əl-üz yumaq üçün normal şərait yoxdur, müfəttişlik isə... - FOTOLAR

img

26-04-2021 [20:29]


"Azəriqaz"ın işçisi, Bakı şəhər Keşlə qəsəbə sakini Əhməd Rəhmanov Mia.az-a şikayət məktubu ünvanlayıb.

O, əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyindən şikayətlənib.

Əhməd Rəhmənov yazır ki, ƏƏSMN uzun müddətdir əlilliyi olan insanlara çalışdığı müəssisələrdə göstərilən "münasibət"lərə laqeyid yanaşır:

"Əvvəllər yenə müfəttişliyə müraciət edəndə, bir hərəkətlilik olurdu. İndisə o qurumun əməkdaşları xidməti otaqlarından belə bayıra çıxmaq istəmirlər. Şikayət və müraciətlər isə şikayət olunan qurumların özünə göndərilir. Öz borclarını yerinə yetirməkdənsə, az qalırlar xahiş edələr ki, bu müraciətə abxın, şikayətçini də başınızdan eləyin. Çünki tərəflər arasında uzun sürən yazışmalar belə qənaət yaradır.

Yazdıqlarıma sübut kimi, müraciətimə bir sənəd və şəkillər əlavə edirəm. Şəkillərin harada və hansı müəssədə çəkilməsinin koordinatlarından müəyyən etmək çətin deyil.  Məsələ isə belədir. 

Uzun müddətdir işlədiyim "Azəriqaz" İB-də işçilərin əmək hüquqlarının pozulmasi barədə verdiyim muraciətlərin cüzi hissəsinin həlli məni məcbur elədi ki, mətbuata üz tutum.

Belə ki, işlədiyim müəssisədə (bir həyətdə "Azəriqaz"ın 4 xidməti fəaliyyət göstərir-müəl) hər gün 100-ə yaxın şəxsin işə gəlməsinə baxmayaraq, fəhlələr üçün elementar yuyunmaq üçün yer yoxdur.  Bu səbəbdən, sizə göndərdiyim şəkillərdən bir qismini də Dövlət Əmək Müfəttişliyinə göndərdim. 

Aldığım cavadı isə sizə göndərirəm. Cavabda otaqdan kənara çıxmayan, amma buna baxmayaraq yüksək əməkhaqqı, qışda isti, yayda isə sərin ofisdə əyləşən cənablar yazırlar ki, vəziyyət normaldır. 

İndi qoy bizim yüksək rütbəli dövləturlari cavab versin. Mən bir vətəndaş kimi, heç bir işə yaramayan məmur ordusunu saxlanılması üçün nə ùcün vergi verməliyəm?!".

Məsələyə adıçəkiən qurumların mövqeyini də əlavə etməyə hazırıq.

Mia.az

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA