Hikmət Hacıyev: "İsrail bizim strateji tərəfdaşımızdır, biz istəyirik ki..." - MÜSAHİBƏ
26-04-2021 [14:33]
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, “Türkiyə Azərbaycana qardaş ölkə, İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız bir-biri ilə də dostluq etsinlər”.
Mia.az xəbər verir ki, Şmuel din Elmasın İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsi bu mövzuya həsr edilib.
Müəllif qeyd edir ki, son bir ildə İsrail ilə Azərbaycan arasında əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Məqalədə deyilir: “1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdiyi vaxtdan ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat və humanitar sahədə əməkdaşlıq daim yaxşılaşıb. 2020-ci ildə Dağlıq Qarabağda müharibə dövründə bu əməkdaşlıq apogeyə çatıb. Azərbaycan həmin müharibədə inandırıcı və parlaq qələbə qazanıb”.
Müəllif yazır: “Hikmət Hacıyev Azərbaycanın ikinci böyük şəhəri olan, müharibə dövründə düşmən tərəfindən atəşə tutulmuş Gəncədə doğulub. Müharibə başlananda Hikmət Hacıyev Gəncənin ermənilər tərəfindən bombalanmasından zərər çəkmiş dinc sakinlərə baş çəkmək, onların döyüş ruhunu yüksəltmək üçün oraya gedib”.
Hikmət Hacıyev “Israel HaYom” qəzetinə eksklüziv müsahibəsində İsrailə, bu ölkənin vətəndaşlarına hədsiz hörmət bəslədiyini, rəsmi Bakının İsrail-Türkiyə yaxınlaşmasını çox mühüm fakt hesab etdiyini bildirib.
O deyib: “Türkiyə Azərbaycana qardaş ölkə, İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız bir-biri ilə də dostluq etsinlər. Əgər tərəflər bu təşəbbüsü qəbul etsələr, Azərbaycan onları həmişə alqışlayacaq”.
-İsrail ilə Azərbaycan arasında münasibətlərin unikallığı nədən ibarətdir?
-Bizim münasibətlərimiz təkcə sözdə deyil, əməli işdə də strateji münasibətlərdir. Biz bir-birimizi anlayırıq. Mənim fikrimcə, bu münasibətlərin əsasını xalqlarımız arasında əlaqə təşkil edir. İsrail-Azərbaycan münasibətləri tarixən səmimi anlaşmaya əsaslanır. Azərbaycan ilə sabit yaxşı münasibətlər bütün dünyada yəhudi xalqının mənafeyinə uyğundur, lakin bəzi ölkələr bizim tərəfdaşlığmıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır.
Bayden administrasiyasının qondarma erməni soyqırımını tanımaq barədə qərarı hazırda azərbaycanlılar üçün çox aktual məsələdir. Bu barədə Hikmət Hacıyevin mövqeyi birmənalıdır. O deyir: “Bu, tarixi səhvdir, heç nəyi Holokosta bərabər tutmaq olmaz”.
-Siz Vaşinqtondakı yəhudi lobbisi ilə əlaqə saxlayırsınızmı?
-İsrail ilə bütün sahələrdə çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər yəhudi və Azərbaycan xalqları arasında dostluğa və harmoniyaya əsaslanır. Bizim üçün lobbi termini yoxdur; dünyanın bütün başqa yerlərində olan yəhudilər kimi, ABŞ-da yaşayan yəhudilər də Azərbaycanın dostlarıdır.
ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bizə çox kömək edirlər. Bu həqiqət ondan ibarətdir ki, biz regionda əməkdaşlığın, Cənubi Qafqazda sülhün və sabitliyin yeni parametrlərini qurmağa çalışırıq.
Azərbaycanda müxtəlif mədəniyyətlərin və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu dinc yanaşı yaşayıblar. Biz fəxr edirik ki, bütün dünyadakı yəhudilər kimi Azərbaycanda yaşayan yəhudilər də bizə real kömək edirlər.
İsraillilər Azərbaycana gələndə onlar bizim İsrailə münasibətimizi görürlər və siz özünüz də görə bilərsiniz ki, Azərbaycanın hər yerində İsrail bayraqları asılıb. Bu, Azərbaycan xalqının səmimi arzusundan irəli gəlir və ölkələrimiz, xalqlarımız arasında münasibətlərə görə minnətdarlıq ifadəsidir. Bizim qarşılıqlı anlaşmamız, dövlətlərarası diplomatik münasibətlərimiz çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini elan edəndə İsrail onu müstəqil dövlət kimi tanımış ilk ölkələrindən biri oldu.
Vətən müharibəsində zərər çəkmiş azərbaycanlı əsgər və zabitlərin müalicəsi üçün israilli oftalmoloqlardan ibarət nümayəndə heyətinin ölkəmizə gəlməsi Azərbaycan xalqını çox mütəəssir etdi. Onlar Azərbaycana gəldilər və gündə 10-15 əməliyyat apardılar. Bu, yəhudi xalqına hörmət və ehtiramın əbədi əlaməti kimi qalacaq, başqa insanın həyatına görə bu narahatlıq hissi yəhudilərin DNT-sindən irəli gəlir. Bu, İsrailin bizə kömək etmək arzusu ilə bağlıdır. Biz yaralı döyüşçülərimizə kömək məqsədilə İsrailin təcrübəsindən istifadə etməklə başqa oxşar təşəbbüsləri də reallaşdırmaq niyyətindəyik.
-Siz İsrail şirkətlərini Qarabağın bərpası prosesinə cəlb etməyə hazırlaşırsınızmı?
-Biz İsrail şirkətləri ilə də əlaqə saxlayırıq və hökumətlərarası əlaqələrdən istifadə edirik. İsrail şirkətlərinin bizə kömək etmək üçün sanballı texnoloji potensialı var. Biz “ağıllı şəhərlər” salınmasında və su ehtiyatlarının idarə edilməsi sektorunda İsrail şirkətlərinin köməyinə maraq göstəririk.
-Son olaraq İsrailə nə ismarıcınız var?
-Mən İsrailə sülh arzulamaq və belə bir inamımı bildirmək istəyirəm ki, Azərbaycan və İsrail xalqları tarixən real dostlardır. İsrail xalqı sülhün olmamasına görə həmişə əziyyət çəkib. Biz İsrail xalqına sülh, İsrail dövlətinə həmişə uğur diləyirik.
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)