İcra Hakimiyyətinin qarşısında intihara cəhd - Vətəndaş üzərinə benzin tökərək özünü yandırmaq istəyib

img

26-04-2021 [12:45]


Aprelin 24-də saat 01.30 radələrində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Masallı Rayon Mühafizə Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində cəhdin qarşısı alınıb və o, saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib.

E.Babayev izahatında əmisi oğlu R.Babayevin onu təhqir etdiyi üçün intihar etməyə cəhd göstərməsini bildirib.

Araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA