İKİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞANLI TARİXİMİZDİR!
24-04-2021 [22:58]
Gülgün Rzayeva,
İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.
***
Vətən - əcdadımızın mədfənidir.
Vətən - övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz.
Olsa, ol şəxsdə vicdan olmaz.
Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir.
Vətən bizim üçün səcdəgahdır, toxunulmazdır. Bu torpağı qorumaq hər birimizin borcudur!
Azərbaycan torpağı 30 ilə yaxın idi ki, düşmən tapdağı altında idi. Bu müddət ərzində bir an belə ümidimizi itirmədik, hər zaman torpaqlarımızı azad edəcəyimizə inandıq. Vətən torpağını düşmən əlində qoymaq olmazdı.
Nəhayət ki, o tarixi gün gəldi. 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı. Azərbaycan xalqı Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır!" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı!
Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra Şanlı Ordumuzun əks-hücum əməliyyatları Azərbaycan xalqı və dövləti üçün Vətən müharibəsinə başladı. Bu haqq savaşında ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində Azərbaycanın doğma torpaqları işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.
Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəklədi, on minlərlə Vətən övladı könüllü şəkildə döyüşlərə qoşuldu. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdi. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözlədi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi böyük sevinclə, təntənə ilə qarşılandı.
Noyabrın 8-də Qarabağın ürəyi Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Bu, Vətən müharibəsində qələbə deməkdir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər. 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik ŞUŞA yarası sağaldı!
Müharibədə asan qələbə olmur. Bu qələbə 3000-ə yaxın şəhidimizin qanı, hərbçilərimizin şücaətləri ilə qazanıldı. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır.
Əsgərlərimiz Ana Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirib, düşmənlə üz-üzə dayanaraq inamla vuruşublar. Düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalanlar xalqın sonsuz ehtiramını qazanır.
Saçları heç zaman ağarmayacaq, şəhidlərimiz! Xalqımız əbədi sizə borcludur. Uğrunda can verdiyiniz torpağa tapşırılırsınız. Üçrəngli bayrağımız nəşinizin örtüyü olur. Bütün xalqımız sizinlə fəxr edir. Siz şəhidlik məqamındasınız. Ən layiqli ad daşıyırsınız. Təki Vətən sağ olsun! Zamanı gənc yaşlarında donan igidlərimiz, sizin adınız hər birimizin qəlbində yaşayacaqdır...
Bu tarixi qələbə ilə təkcə torpaqlarımız azad olunmadı, həmin torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizin ruhu azadlığa qovuşdu. Vətəni, torpağı canından əziz bilənlər dünyada əbədi bir nəğmə kimi qalacaqdır...
Son olaraq fikrimi şəhidlərimizə həsr etdiyim şeirlə bitirmək istəyirəm:
“Azadlıq verilmir, alınır” deyib,
Qalxdınız ayağa, həmrəy oldunuz.
Qorxmadan düşmənlə üz-üzə gəlib,
Vətənin uğrunda şəhid oldunuz.
Yüz illər, min illər keçsə də belə,
Xalqın yaddaşından silinməyəssiz,
Azad torpağımın azad qəlbində,
Şəhidlik dağının zirvəsindəsiz.
MİA.AZ
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO