"Pul ayrılmayıb, işçilər maaş almır, atlar acından ölür" -  Baytar 4 ay ərzində 17 atın öldüyünü deyir

img

24-04-2021 [13:38]


"4 ay ərzində 17 at ölüb".

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Respublika Atçılıq Turizm Mərkəzinin Şəki Daşüz filialının baytarı Rəşid Şuayev deyib. Həkim hazırda atların vəziyyətinin pis olduğunu qeyd edib:

"4 aydır ki, atlar acdır. Bu il bizə atların yem və ota təlabatını ödəmək üçün pul ayrılmayıb. İşçilər əmək haqqı almayıb. Başlı-başına qalmışıq. Hazırda atlar aclıqdan əziyyət çəkir. Əlaqədar təşkilatlara məlumat vermişik. İndi bilmişik ki, bizi təsərrüfat hesabına keçiriblər. Hər il bizə Mədəniyyət Nazirliyi tərəfindən pul ayrılırdı".

Rəşid Şuayev hazırda atların Mədəniyyət Nazirliyinin balansında olduğunu vurğulayıb: "23 at qalıb. Məlumat vermişik, baxan yoxdur. Yerdə qalan atları şirkətlərin, atsevərlərin hesabına saxlayırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA