Ağstafada yas mərasimi yarımçıq dayandırılıb, cərimələnənlər var

img

24-04-2021 [11:05]


Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları rayonun Poylu kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bundan başqa, RPŞ-nin Köçvəlli Polis Bölməsinin əməkdaşları inzibati ərazidə karantin qaydalarına zidd olaraq 20-yə yaxın vətəndaşın iftar mərasimi təşkil edilməsini də aşkarlayıb. Polis əməkdaşları tərəfindən həmin vətəndaşlar ilə profilaktiki söhbətlər aparılıb, onlara pandemiya qaydaları bir daha xatırladılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA