Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək

img

23-04-2021 [14:21]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Məlumata görə, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri hər 5 ildən bir attestasiya ediləcək.

Layihəyə əsasən, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir və hər 5 ildən bir attestasiya ediləcək.

Attestasiya müvafiq icra hakimiyyəti orqanının (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA