Tibb Universitetində yeni şöbə yaradılıb - Təyinat

img

23-04-2021 [13:48]


Azərbaycan Tibb Universitetinin nəzdində Tibb təhsili və innovasiya şöbəsi yaradılıb.

ATU-dan veriulən məlumata görə, şöbənin müdiri vəzifəsinə universitetin yetirməsi Aynur Orucova təyin olunub.

Bildirilib ki, yeni yaradılmasına baxmayaraq, artıq Tibb təhsili və İnnovasiya şöbəsi tam gücüylə fəaliyyət göstərir. Şöbənin üzərinə düşən vəzifələrin ən başlıcası dərslərin yeni hazırlanma metodikaları, müəllim və tələbə yerdəyişməsində dəyişikliklər, interaktiv proqramlar, tələbələrdə analitik düşüncə və peşəkarlığın inkişaf etdirilməsi, mühazirələr, təcrübə və simulyasiya dərslərinin keyfiyyətinin yüksəldilməsinə nail olmaq və digər məsələlərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA