YAP-dan təşkilat sədrinin əxlaqsız videosuna reaksiya: "Keçmiş millət vəkili üçün yolverilməz bir hadisədir"

img

22-04-2021 [12:03]


Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.

Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:

"Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş bir millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.

Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır."


Digər xəbərlər
SON XƏBƏRLƏR