Saatlı polisi reydlər keçrib

img

19-04-2021 [15:53]


Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yol hərəkəti və karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaların qorunmasının təmin edilməsi məqsədi ilə iri ticarət obyektlərində reyd keçirib.

Bu obyektlərdə olan işçilər və müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, qayda pozuntusuna yol vermiş 8 nəfər barəsində isə protokollar tərtib edilib.

Bundan əlavə yol polisləri tərəfindən də rayon ərazisində reyd keçirilib.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan və eyni zamanda karantin rejiminə əməl etməyən 18 sürücü barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA