Şöbə müdiri: "Rəmiş bu gün palataya köçürülə bilər"

img

11-02-2021 [11:39]


"Xalq artisti Rafiq Hüseynov (Rəmiş) müalicəsini Bakı Sağlamlıq Mərkəzinin (BSM) intensiv terapiya şöbəsində davam etdirir".

Bunu  BSM-in şöbə müdiri Cavid Paşayev bildirib.

Şöbə müdirinin sözlərinə görə, əvvəlki günlərlə müqayisədə huşu aydınlaşıb və qaraciyər göstəriciləri yaxşılaşmağa doğru gedir: “Həkimlər bu gün Rəmişi müayinə edəcək və hər şey qaydasında olsa, palataya köçürüləcək”.

Xatırladaq ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalq artistinin müalicəsi üçün göstəriş verib. Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA