Baş katib: "ICESCO hər zaman Azərbaycanı dəstəkləyib”

img

14-01-2021 [16:57]


“Biz bu ili Azərbaycanın zəfərini təbrik etməklə başlayırıq. Azərbaycan hər zaman ICESCO tərəfindən dəstəklənib və dəstəklənəcək”.

Bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

“Biz Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin çox böyük qonaqpərvərliyini gördük”, - o, bildirib/Report.

O, daha sonra deyib: “İşğaldan azad olunmuş ərazilərdə şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdıldığının şahidi olduq. Bu, ağlasığmaz bir cinayətdir. Eyni zamanda, bu, insanlığa qarşı bir cinayətdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA