ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək

img

10-01-2021 [14:55]


İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər edəcək.

Məlumata görə, səfər yanvarın 11-də baş tutacaq.

Görüşlərdə Azərbaycanla ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Salim bin Məhəmməd əl-Malik Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA