Azərbaycanda daha 1064 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

31-12-2020 [15:24]


Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, 2 641 nəfər vəfat edib, aktiv xəstə sayı 31 637 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 219, bu günə qədər isə ümumilikdə 2 195 466 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA