Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI

img

30-12-2020 [19:28]


Bu gün Prezident İlham Əliyev daha bir neçə nəfəri “Şöhrət” ordeni ilə təltif edib.

Mia.az xəbər verir ki, Prezidentin sərəncamı ilə səfir Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Digər sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Elman Camal oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Digər sərəncamla Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə  Mənsum İsrafil oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif edilib.

Prezidentin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Nailə Məmmədəli qızı Vəlixanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.

***

Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vahid Əzizə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA