Daha bir deputat Paşinyanı yarıyolda qoydu: "Əl-qolu bağlı olmadan..."

img

30-12-2020 [09:12]


Ermənistan parlamentinin deputatı Anna Qriqoryan "Mənim addımım" fraksiyasını tərk edib.

Bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.

Deputat buna baxmayaraq, mandatından imtina etməyib.

"Əziz həmyerlilər, sizin tərəfinizdən mənə verilən mandatı saxlamağa, amma "Mənim addımım" fraksiyasından çıxmaq barədə qərar qəbul etdim. Bizim ölkəmiz üçün bu ağır və tarixi anda, hər hansı siyasi güc qarşısında əl-qolu bağlı olmadan, xalqın ədalətli tələblərini səsləndirməyi öz borcum hesab edirəm”.

O, qeyd edib ki, bundan sonra parlamentdə mandatını müstəqil, siyasi mənsubiyyəti olmayan deputat kimi saxlayacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA