Rusiya ilə Türkiyə xarici işlər nazirlərinin görüşündən maraqlı - FOTOLAR

img

29-12-2020 [13:53]


Soçi şəhərində Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Rusiya – Türkiyə Yüksək Əməkdaşlıq Şurası çərçivəsində birgə strateji planlaşdırma qrupunun 8-ci iclası çərçivəsində keçirilən görüşün gündəliyində ikitərəfli və regional məsələlərin olduğu bildirilib.

Daha əvvəl Rusiya XİN-dən bildiriblər ki, danışıqlar zamanı beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın daha səmərəli hala gətirilməsi, habelə Qarabağ məsələsinə dair Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr bəyanatının yerinə yetirilməsi ilə bağlı cari məsələlər müzakirə olunacaq/Report.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA