"AZƏRİQAZ"IN SONU ÇATDI: Azərbaycanın daxilində təbii qaz təchizatı “Azərkontrakt” ASC-yə həvalə olundu - Hökumətdən qərar
28-12-2020 [18:21]
Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərar imzalayıb.
Mia.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - “Azərkontrakt” ASC) həvalə edilib.
Qeyd olunmuş məqsədlər üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR):
- SOCAR və onun strukturuna daxil olan qurumlar (“Azneft” İstehsalat Birliyi) tərəfindən hasil edilən əmtəəlik qazın, hər il üçün təsdiq olunan Yanacaq-Enerji Balansına uyğun olaraq ixrac üçün nəzərdə tutulan qaz həcmləri istisna olmaqla, müvafiq alqı-satqı müqavilələri əsasında “Azərkontrakt” ASC-yə satılmasını təmin etsin;
- SOCAR və onun strukturuna daxil olan qurumlar tərəfindən Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən 2 qaz hasilatçıları (müvafiq hasilatın pay bölgüsü haqqında və bu qəbildən olan digər sazişlərə əsasən fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətləri və podratçılar) ilə alıcı qismində tərəf olduqları qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;
- SOCAR-ın daxili bazarın istehlakçıları və paylayıcıları (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) ilə olan qaz satışı müqavilələri üzrə hüquq və öhdəliklərinin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;
- dövləti təmsil edən qismində tərəf olduğu bütün hasilatın pay bölgüsü sazişləri və birgə müəssisələr üzrə SOCAR tərəfindən alınan, eləcə də SOCAR-a əvəzsiz verilən qaz həcmlərinin qəbulu, hazırlanması, saxlanması və təhvil-qəbul üzrə əməliyyatların həyata keçirilməsi üçün tətbiq olunan qanunvericiliyə uyğun olaraq SOCAR və ya onun strukturuna daxil olan qurumlar və “Azərkontrakt” ASC arasında müvafiq müqavilələrin bağlanılmasını təmin etsin;
- ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) arasında bu Qərarın 2.1-ci bəndi ilə müəyyən edilmiş qaz həcmlərinin hazırlanması, nəqli və saxlanması üzrə əməliyyatların həyata keçirilməsi üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada SOCAR-ın strukturuna daxil olan qurumla (Qaz İxrac İdarəsi) “Azərkontrakt” ASC arasında müvafiq xidmət müqavilələrinin imzalanmasını təmin etsin. Müəyyən edilib ki, bu Qərarda nəzərdə tutulan müqavilələr üzrə hüquq və öhdəliklərin “Azərkontrakt” ASC-yə ötürülməsi həmin müqavilələr üzrə 2021-ci il 1 yanvar tarixinə yaranmış maliyyə tələblərinə və öhdəliklərinə şamil edilmir.
- SOCAR və “Azərkontrakt” ASC-yə tapşırılıb ki, bu Qərarla müəyyən olunmuş müqavilə münasibətlərinin 2021-ci il 1 yanvar tarixindən etibarən tətbiq olunmasını və bu Qərardan irəli gələn digər məsələlərin həll edilməsini təmin etsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SOCAR, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və “Azərkontrakt” ASC ilə birlikdə 3 bu Qərarın nəzərdə tutulan müqavilələr, habelə “Azərkontrakt” ASC tərəfindən ölkədaxili qaz təchizatı ilə əlaqədar imzalanacaq yeni müqavilələr üzrə ödəniş öhdəliklərinin müvafiq müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsi üçün maliyyə mexanizmlərinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərkontrakt” ASC-nin təsis sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırılması və bu Qərardan irəli gələn vəzifələrin təsis sənədlərində müvafiq qaydada əks etdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin.
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir