Britaniyanın səhiyyə naziri: "Mutasiyaya uğramış koronavirus nəzarətdən çıxıb"

img

21-12-2020 [00:12]


Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok mutasiyaya uğramış koronavirus növünün nəzarətdən çıxdığını və vəziyyətin ciddi olduğunu deyib.

Məlumata görə, səhiyyə naziri koronavirusa yoluxanların sayının sürətlə artdığını, normal vəziyyətə qayıtmaq üçün hələ çox vaxta ehtiyac olduğunu bildirib.

O, insanları Milad bayramına yaxın gücləndirilmiş karantin qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, son sutka ərzində Britaniyada koronavirusa yoluxma hallarının sayı 35,9 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstərici hesab olunur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA