Avropa İttifaqı Azərbaycanla Əməkdaşlıq Şurasının iclası ilə bağlı yekun bəyanat yayıb
18-12-2020 [20:00]
Avropa İttifaqı (Aİ) Azərbaycanla Əməkdaşlıq Şurasının iclası ilə bağlı yekun bəyanat yayıb.
Bu barədə Aİ Şurasının saytında məlumat verilib.
Bəyanatda bildirilib ki, bu gün Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 17-ci iclası baş tutub. Şuraya sədrlik edən Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, Aİ-nin Qonşuluq siyasəti və Genişlənmə məsələləri üzrə Komissarı Olivér Várhelyi və Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Xarici İşlər naziri Ceyhun Bayramov iclasda iştirak edib.
"Aİ - Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclasında birgə razılaşdırılmış Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetlərinin icrası, Azərbaycanın islahat gündəliyi, yeni Aİ-Azərbaycan ikitərəfli sazişin perspektivləri, koronavirus pandemiyası və onun təsirləri, Dağlıq Qarabağ ətrafındakı genişmiqyaslı hərbi əməliyyatlarından sonrakı vəziyyət nəzərdən keçirilib" yekun bəyanatda qeyd olunub.
Şuranın iclasında çıxış edən Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, Aİ Azərbaycanla demokratiya, insan hüquqları və əsas azadlıqlarına əsaslanan ambissiyalı yeni hərtərəfli saziş bağlamaq istəyir. "Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ticarət əlaqələrimizin inkişafına və əməkdaşlığımızın daha da genişləndirilməsinə kömək edəcək. Aİ ATƏT-in Minsk qrupu həmsədrləri ilə sıx işləyərək onların fəaliyyətini tamamlayaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin formalaşmasında və dəstəklənməsində rol oynamağa hazırdır. Bunu dəstəkləmək üçün sülhyaratma və yenidənqurma vasitələrimizdən istifadə etməyə hazırıq", -deyə Cozep Borrell bildirib.
İclasda iştirak edən Aİ-nin Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi vurğulayıb ki, Aİ Azərbaycanın enerji, ticarət, sərmayə və əlaqələnmə sahələrində əsas tərəfdaşıdır. "Bu il Cənub Qaz Dəhlizinin tamamlanmasında əldə olunan mühüm irəliləyişə əsaslanaraq, onun Qərbi Balkanlara qədər uzadılmasını imkanlarını araşdırmaq istəyirik. COVID-19 pandemiyası kontekstində, o cümlədən ölkənin iqtisadiyyatının şaxələndirilməsinə və gücləndirilməsinə dəstək verərək ölkənin sosial-iqtisadi bərpası ilə bağlı Azərbaycanla işimizi davam etdirəcəyik. Humanitar yardım üçün 10 milyon avro ayırmağa və münaqişənin daha əhatəli həlli üçün və daha uzunmüddətli sosial-iqtisadi inkişafa nail olmaq üçün sizinlə çalışmağa hazırıq" , Oliver Varhelyi deyib.
Bəyanatda bildirlib ki, Tərəfdaşlıq Prioritetlərinin icrasını nəzərdən keçirərkən Aİ və Azərbaycanın enerji sektorunda çox uğurlu əməkdaşlığı qeydə alınıb. "Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan ilk qazın göndərilməsinin 2020-ci ilin sonuna qədər gözlənilir." Əməkdaşlıq Şurasının iclasında demokratiya, qanunun aliliyi, insan haqları və fundamental azadlıqlar, xüsusən birləşmək azadlığı və Azərbaycanda medianın ifadə azadlığı ilə bağlı problemlərə toxunulub.
Tərəflər həmçinin yeni hərtərəfli saziş və Ümumi Aviasiya Məkanı üzrə Sazişlə bağlı danışıqların son vəziyyətini müzakirə edib.
Şuranın iclasında COVID-19 pandemiyasının yaratdığı problemlərə də toxunulub, Aİ-nin insanların həyatını və dolanışıqlarını qorumaq, iqtisadiyyatı yenidən açmaq üçün Azərbaycanın səylərinə verdiyi dəstək vurğulanıb.
Bəyantda qeyd olunub ki, iclasda Aİ və Azərbaycan noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasından sonra Dağlıq Qarabağda və ətrafındakı vəziyyət, Aİ-nin bərpa və barışıqdakı rolu, habelə regional məsələlər barədə fikir mübadiləsi aparıb.
"Keçirilən bu görüşlər Aİ-nin regiondakı ölkələrlə tərəfdaşlığının vacibliyini və davamlı sülhə dəstəyini bir daha təkrarlayır" yekun bəyanatda qeyd olunur/APA.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək