Sabiq xarici işlər naziri ailəsini ölkədən çıxarmağa hazırlaşır - Mnatsakanyan BMT Baş katibinə müraciət etdi

img

23-11-2020 [12:44]


Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır.

“Novosti Armeniya” xəbər verir ki, bu barədə “Mediaport Teleqram” kanalı məlumat yayıb.

Z.Mnatsakanyan BMT-nin baş katibi Antonio Qutterişə noyabrın 20-də işlə bağlı müraciət edib.

Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan aparmaq qərarına gəlib.

Qeyd edək ki, Z.Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsini tutub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA