PUTİNDƏN DAHA BİR MÜHÜM BƏYANAT: "Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

img

22-11-2020 [17:31]


“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

V. Putin Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb: “Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”/APA.

Putin müsahibəsində bir daha Ermənistanın KTMT-dən narazılığına toxunaraq, deyib ki, üzvlük şərtləri Rusiya üzərinə münaqişəyə qarışmaq öhdəliyi qoymayıb: "Rəsmi Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib. Sizi inandırıram, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi. Və Rusiya hər şeyi etdi ki, bu olmasın".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA