DİN: "Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək"

img

20-11-2020 [12:00]


Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin olunub.

Mia xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək: “Hazırda rayon ərazisində müvafiq işlər aparılır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər. Həmçinin də işğaldan azad edilən ərazilərimizdə təyin edilən polis əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti komendant rejimində fəaliyyətini davam etdirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA