"Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların 100 %-i yalan idi” - Erməni general etiraf etdi

img

19-11-2020 [15:04]


“Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 %-i keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 %-i yalan idi”.

“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib.

Onun sözlərinə görə, 44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb:

“Yaranmış vəziyyətə görə hələ oktyabrın 5-də Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa vermək qərarına gəldim, lakin döyüşlərin qızğın dövrü olduğuna görə qərarımı açıqlamadım”, - o, qeyd edib.

Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA