Operativ Qərargah: "Azərbaycana vaksin gətirilməsi istiqamətində işlər görülür"

img

19-11-2020 [14:33]


"Koronavirusa qarşı vaksinlər hazır olduğu və onların yoxlamadan keçirildiyi təqdirdə Azərbaycana gətirilməsi istiqamətində aidiyyatı strukturlar tərəfindən işlər həyata keçirilməkdədir".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə bildirib.

"Bəzi şəxslər tibb müəssisələrinə müraciət etmədən evdə müalicəyə üstünlük verir, bu da qorxulu tendensiyadır. Sonradan ağırlaşmalarla müraciət edirlər. Bu da çətinliklər yaradır”, - H.Hacıyev bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA