Ermənistan Müdafiə Nazirliyi Hərbi nəzarət xidmətinin rəisi də istefa verib

img

18-11-2020 [17:18]


Ermənistan Müdafiə Nazirliyi Hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan vəzifəsindən istefa verib.

“Qraparak” xəbər verir ki, bu barədə onun özü məlumat verib.

M.Akopyan bildirib ki, yaxın zamanda keçirəcəyi mətbuat konfransında istefasının səbəbi ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, M.Akopyan 2019-cu il mayın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə baş hərbi müfəttiş təyin edilib. O, bu vəzifəyədək Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub.

M.Akopyan 1965-ci il fevralın 4-də Azərbaycanın Xocavənd rayonunda anadan olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA