"Qarabağa daha 20 təyyarə rus əsgəri və hərbi texnikaları gətirilib" - Rusiya MN-dən açıqlama

img

16-11-2020 [09:46]


15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” və 18 “İl-76” tipli hərbi nəqliyyat təyyarəsi Yerevan hava limanına enib.

Mia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik əlavə edib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq - zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki avadanlıqlar Ermənistana gətirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA