Azərbaycanda daha 2259 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

15-11-2020 [17:27]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2259 yeni yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 75 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib, aktiv xəstə sayı 19 571 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 377, ötən müddət ərzində isə ümumilikdə 1516084 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA